14 noy 17:10dunya

Mühacirlər Azərbaycana gətirilir - Bu gecə

Mühacirlər Azərbaycana gətirilir - Bu gecə
Bu gecə Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı "siyasi mühacir" deport olunacaq.

Trend-in xəbərinə görə, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Əsasən də Müsavat Partiyasının sənədi ilə müraciət edənlərin deport ediləcəyi deyilir.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU