14 noy 16:20dunya

Fuad Muradov Salzburqun qubernatoru ilə görüşüb

Fuad Muradov Salzburqun qubernatoru ilə görüşübAvstriyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Salzburq şəhərinin qubernatoru Wilfried Haslauer Jr ilə görüşüb.

Avrasiya.net-in əldə etdiyi məlumata görə, görüşdə ölkəmizin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və Azərbaycanın Zaltsburq, Tirol və Forarlberq federal əyalətləri üzrə fəxri konsulu Mixael Haynritsi iştirak ediblər.

Görüşdə ölkələr arasında qarşılıqlı əlaqələrdən bəhs edilib. Eyni zamanda Salzburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılması barədə qubernator bilgiləndirilib və fəxri konsul Mixael Haynritsi qubernatora təqdim edilib.

Qubernator bu görüşdən məmnun qaldığını və ölkələr arasında əməkdaşlığın inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Sonda qonaqlar bir-birlərinə hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Wilfried Haslauer Jr 3 may 1956-cı ildə Salzburqda anadan olub. Hüquqşünas və siyasətçidir. 2013-cü ilin iyun ayından etibarən Salzburq əyalətində əyalət qubernatorunun kanslerinə rəhbərlik edir.
Fuad Muradov Salzburqun qubernatoru ilə görüşüb
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU