12 noy 11:19dunya

ABŞ bioloji silah yarada bilər - Patruşevdən xəbərdarlıq

ABŞ bioloji silah yarada bilər - Patruşevdən xəbərdarlıqABŞ-ın MDB ölkərində bioloji laboratoriya qurması narahatlıq doğurur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Modern dünyada Rusiyanın təhlükəsizliyi" adlı məqaləsində qeyd edib. O bildirib ki, Pentaqon sözügedən laboratoriyada bioloji silah istehsal edə bilər.

"Pentaqonun dünyada, xüsusən də MDB ölkələrində bioloji laboratoriyalar qurması narahatlıq doğurur. Bu laboratoriyalarda yoluxucu xəstəliklər üzərində tədqiqatlar aparılır və bioloji silahlar istehsal edilə bilər", - Patruşev deyib.

Rusiya rəsmisi bioloji təhlükəsizliyin əldə edilməsi üçün ikitərəfli sazişlər imzalanması yolu da daxil olmaqla, tərəfdaş ölkələrlə sıx koordinasiya qurulmasına ehtiyac olduğunu vurğulayıb.
XƏBƏR LENTİ
9-12-2019, 21:04
SORĞU