12 noy 11:18dunya

Prezident ölkədən qaçdı: Yeni güclə qayıdacam

Prezident ölkədən qaçdı: Yeni güclə qayıdacamBoliviya Prezidenti Evo Morales ölkəsini tərk edərək Meksikaya uçub.

Axar.az xəbər verir ki, bu məlumatı Morales öz Tvitter səhifəsində paylaşıb.

“Qardaş və bacılar, mən Mexikoya gedirəm ki, bizə öz həyatımızın qayğısına qalmaq üçün sığınacaq verən bu qardaş ölkənin hökumətinə təşəkkür edim. Siyasi səbəblər ucbatından ölkəni tərk etmək ağrılıdır, amma hər zaman gözləntidə olacağam. Tezliklə, böyük güc və enerji ilə geri dönəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, kütləvi aksiyalar səbəbindən istefa verən Moralesə Meksika sığınacaq verməyə hazır olduğunu bildirmişdi.
XƏBƏR LENTİ
SORĞU