07 noy 16:42dunya

Efiopiyada Azərbaycanla bağlı tədbir - FOTO

Efiopiyada Azərbaycanla bağlı tədbir - FOTO5 noyabr tarixində Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyi tərəfindən BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil-qərargahında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunmuş təqdimat-ziyafət keçirildi.

Tədbirdə çıxış edən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev qonaqları salamlayaraq ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri ilə bağlı iştirakçılara geniş məlumat verib.

Daha sonra, Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış edərək 2019-cu il 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş XVIII Zirvə Görüşün nəticələri və qəbul edilmiş sənədlərin qısa xülasəsi haqqında, eləcə də ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri ilə bağlı iştirakçıları məlumatlandırıb.

Fəxri qonaq qismində çıxış edən Afrika İttifaqı Komissiyasının sədrinin müavini Kvartey Tomas Kvesi Qoşulmama Hərəkatının müasir dövrdə beynəlxalq münasibətlər sistemində çoxtərəfli (multilateral) diplomatiyanın təşviq edilməsi rolu barədə bəhs edib, Azərbaycanı sədrlik münasibətilə təbrik edərək ölkəmizə uğurlar arzu edib.
Efiopiyada Azərbaycanla bağlı tədbir - FOTO
Daha sonra, fəxri qonaq kimi tədbirdə iştirak edən Efiopiyanın Xarici İşlər üzrə Dövlət katibi Markos Tekle Efiopiyanın qeyd olunan təşkilatın yaranmasındakı xidmətlərindən bəhs edib, Efiopiyanın Bakı sammiti zamanı qəbul edilmiş sənədlərə sadiqliyini və dəstəyini ifadə edib və Bakı zirvə görüşünün uğurlu keçirilməsinə görə Azərbaycan Respublikasına minnətdarlığını ifadə edib.

Tədbirdə Qoşulmama Hərəkatının tarixinə aid, eləcə də Bakıda keçirilmiş Zirvə Görüşü özündə əks etdirən fotoşəkillər nümayiş etdirilib. Tədbirdə Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, Efiopiyanın müvafiq dövlət qurumlarının və Afrika İttifaqının rəsmiləri, o cümlədən Afrika İttifaqı Komissiyasının Siyasi məsələlər üzrə komissarı Sessuma Minata Samate, habelə Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Efiopiyada Azərbaycanla bağlı tədbir - FOTO
XƏBƏR LENTİ
SORĞU