01 noy 13:24dunya

Konqresmen “erməni soyqırımı” ilə bağlı qətnaməni PİSLƏDİ

Konqresmen “erməni soyqırımı” ilə bağlı qətnaməni PİSLƏDİ
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Stiv Kohen, 29 oktyabrda ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılan 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını özündə əks etdirən qanun layihəsinin qəbul edilməsinin tarixi həqiqətlərə söykənmədiyini və siyasi olduğunu etiraf edib.

Avrasiya.net siyasətçinin etirafını təqdim edir.

“İctimaiyyətə məlum olduğu kimi, 29 oktyabrda ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılan 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını özündə əks etdirən qanun layihəsinin qəbul edilməsinin səbəbi siyasidir və tarixi faktlara söykənmir.

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokrat millət vəkili Stiv Kohen bunu etiraf edib.

Kohen, Anadolu agentliyinə müsahibəsində, qanun layihəsinin lehinə səs verməsinə “Erməni qanun layihəsinə həmişə qarşı çıxmışam, lakin bu həftə layihənin lehinə səs verdim. Çünki Türkiyə ABŞ-a hörmət etmir kimi görünürdü” sözləriylə aydınlıq gətirib.

Kohen Türkiyənin Suriyada keçirdiyi Sülh Çeşməsi əməliyyatının qərarına təsir göstərdiyini qeyd edib: “Konqresin üsulunun dəyişdiyini söyləyə bilərəm. Erməni layihəsi üçün keçən ilə qədər heç vaxt 218 səs toplanmamışdı.”

Qeyd edek ki, Türkiyə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin rədd edildiyi bildirilib və daxili siyasət motivləri ilə qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsası olmadığı vurğulanıb.
XƏBƏR LENTİ
SORĞU