26 okt 08:07dunya

İraqda kütləvi etirazlar: 30 ölü, 2 mindən çox yaralı

İraqda kütləvi etirazlar: 30 ölü, 2 mindən çox yaralıİraqın paytaxtı Bağdadda və bir sıra cənub şəhərlərində hökumətə qarşı keçirilən aksiyalarda 30 insan həlak olub.

Axar.az xəbər verir ki, İraqın İnsan Haqları Ali Komissarlığı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmalar zamanı Bağdadda 8, Meysanda 9, Zikarda 9, Bəsrədə 3 və Musennada 1 nəfər olmaqla, ümumilikdə 30 nəfərin həlak olduğunu açıqlayıb.

Odlu silahdan açılan atəş və qaz kapsullarının tətbiqi nəticəsində isə 2 min 312 insan xəsarət alıb. Onlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

Nümayişlər səbəbindən bir sıra şəhərlərdə komendant saatı elan edilib.
XƏBƏR LENTİ
SORĞU