24 okt 08:47dunya

ABŞ Rusiyaya hücum etməkdən niyə qorxur? - ŞOK DETALLAR

ABŞ Rusiyaya hücum etməkdən niyə qorxur? - ŞOK DETALLARABŞ Rusiyada strateji nüvə güclərinin mövcudluğu ilə əlaqədar ona hücum planlarına baxmır.

Publika.az xəbər verir ki, bu haqda Çinin “Sohu” nəşrinin məqaləsində bildirilir.

“Müasir dünyada, əgər ölkə strateji nüvə güclərinə malikdirsə, onda o hegemon hesab edilir”, - nəşr yazıb.

Materialın müəllifi qeyd edir ki, Sovet İttifaqının dağılmasına və müdafiə büdcəsinin bir neçə dəfə azaldılmasına baxmayaraq, Vaşinqton əvvəlki kimi Rusiyadan ehtiyat edir. Onun sözlərinə görə, Rusiyanın strateji nüvə güclərinin tam döyüş hazırlığında olması amerikalıları barıtı quru saxlamağa məcbur edir.

Nəşr xatırladır ki, Rusiya 1991-ci ildə keçmiş SSRİ-nin strateji nüvə gücünün 70 faizini aldı və həmişə strateji zərbələrin vurulması üçün yerüstü, dəniz və hava vasitələrinə malik olub.

“Rusiya dünyada ABŞ-dan başqa, belə imkanlara malik olan tək ölkədir”, - materialda deyilir.

Müəllif hesab edir ki, SSRİ və ABŞ arasında olan qızğın silahlanma indi Rusiya və ABŞ arasında olmayacaq.

“Rusiya ordusu məhz strateji nüvə gücləri və cavab zərbəsinin etibarlılığını təmin etmək üçün öz güclü tərəflərini yaxşılaşdıra bilər”, - müəllif yekunlaşdırıb.
XƏBƏR LENTİ
19-11-2019, 20:43
SORĞU