23 okt 07:40dunya

Terrorçuların hücumu: 2 general öldürüldü

Terrorçuların hücumu: 2 general öldürüldü
Bu gün Bağdaddan şimalda İŞİD silahlılarının hücumu nəticəsində İraq federal polisinin iki generalı həlak olub.

Axar.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.

Belə ki, terrorçuların qurduğu pusquda Federal polisin 4-cü briqadasının komandanı general Əli əl-Lyami öldürülüb.

Onunla birlikdə güc strukturunun daha 6 əməkdaşı – döyüş əməliyyatlarına cavabdeh briqada generalı Məhəmməd Alaui və 5 mühafizəçi də həyatını itirib.
XƏBƏR LENTİ
SORĞU