22 okt 07:38dunya

Türkiyəyə qarşı hərbi gücdən istifadəyə hazırıq - ABŞ-dan ŞOK TƏHDİD

Türkiyəyə qarşı hərbi gücdən istifadəyə hazırıq - ABŞ-dan ŞOK TƏHDİDABŞ-ın dövlət katibi Mayk Pompeo CNBC telekanalına müsahibə verib.

AzNews.az xəbər verir ki, o, jurnalist Uilfred Frosta müsahibəsində Türkiyənin "Barış Pınarı" hərəkatı ilə bağlı danışıb.

Katib Trampın ehtiyac olarsa, Türkiyəyə qarşı hərbi yola baş vuracağını deyib:

"Sülhü müharibədən üstün tuturuq. Ancaq kinetik və ya hərbi gücdən istifadə lazım gələrsə, prezident Trampın buna hazır olduğunu bilməlisiniz".

Pompeo ABŞ-ın hansı halda hərbi yolla qarşılıq verəcəyi ilə bağlı suala cavab verməyib və sözlərinə belə davam edib:

"Prezidentin ABŞ-ın hərbi qüdrətindən istifadə edib etməyəcəyi barədə qərarını qabaqlamaq istəmirəm".

Dövlət katibi Türkiyəyə qarşı iqtisadi sanksiyalarla yanaşı diplomatik sanksiyalardan da istifadə edilə biləcəyini bildirib.

Pompeo həmçinin Türkiyə ilə əldə edilən razılaşmanın xilasedici olduğuna tamamilə inandığını deyərək bu addımı dəstəkləyib.
XƏBƏR LENTİ
SORĞU