17 okt 22:24dunya

ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır

ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılırTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş razılıqla bitib.

AŞ mediasının məlumatına görə, ABŞ-ın vitse-prezidenti Mayk Pens görüşdə müzakirə və qəbul edilən qərarları açıqlayıb.

Onun sözlərinə görə, tərəflər YPG qüvvələrinin təhlükəsiz bölgəyə daşınması üçün Türkiyənin hərbi əməliyyatları bir müddət dayandırmasına qərar verib: "Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saatlıq dayandıracaq. YPG 120 saat ərzində ərazidən çəkiləcək".

Maykl Pens bildirib ki, ABŞ Türkiyə ilə bağlı yeni sanksiyalar tətbiq etməyəcək.

Bu arada ABŞ prezidenti də şəxsi "Twitter" hesabında Ərdoğana təşəkkür edib: "Türkiyədən gözəl xəbərlər var, milyonlarla həyat xilas olunacaq".
XƏBƏR LENTİ
19-11-2019, 20:43
SORĞU