17 okt 07:58dunya

"PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp

"PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp
"PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir. Bir çox münasibətlərdə PKK ehtimal ki, İŞİD-dən daha pisdir, terrorizm və terror təhlükəsi nöqteyi-nəzərindən daha pisdir".

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp italiyalı həmkarı Serjo Matarello ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında bildirib.

ABŞ prezidenti bildirib ki, Türkiyə və Suriya arasında müharibəyə qarışmağa hazırlaşmır: "Xüsusilə əgər siz kürdlərə baxsanız, onlar mələk deyillər. PKK-ya baxın, İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir, amma biz kürdlərdən mələk düzəldirik".

Amerika liderinin sözlərinə görə, ABŞ administrasiyası " YPG/PKK-ya "külli miqdarda pul" ayırıb.
XƏBƏR LENTİ
SORĞU