15 okt 12:41dunya

ABŞ Türkiyədən nüvə silahlarını çıxarmağa hazırlaşır

ABŞ Türkiyədən nüvə silahlarını çıxarmağa hazırlaşırABŞ administrasiyası “Sülh çeşməsi” əməliyyatıyla əlaqədar nüvə silahlarının İncirlik bazasından daşınması imkanlarını nəzərdən keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, ABŞ-ın Energetika Nazirliyi və Dövlət Departamenti bu planı səssiz şəkildə nəzərdən keçiriblər. Onların fikrincə, silahların bazada saxlanması hazırkı dönəm üçün çox təhlükəlidir.

Qəzetin mənbələrindən biri isə silahların İncirlikdən çıxarılmasının Türkiyə ilə ABŞ arasında ittifaqın faktiki bitməsi anlamına gələcəyini deyib.
XƏBƏR LENTİ
19-11-2019, 20:43
SORĞU