15 okt 09:08dunya

"Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik"

"Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik"
Türkiytənin əməliyyatı Suriyada İŞİD-in darmadağın edilməsinə səbəb olub

"Türkiyənin Suriyada əməliyyatı İŞİD döyüşçülərinin qaçışına gətirib çıxarıb".

Xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.

O, qeyd edib ki, əməliyyat Suriyada İŞİD-in darmadağın edilməsinə səbəb olub.

Türkiyə Silahlı Qüvvələri artıq bir neçə gündür, Suriyada “Barış pınarı” antiterror əməliyyatı həyata keçirir.

Məqsəd Türkiyənin Suriya ilə sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, habelə Suriyada əmin-amanlığın yaradılmasına müvəffəq olmaqdır.

Daha əvvəl Pentaqon rəhbəri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU