14 okt 10:33dunya

24 PKK-çı Türkiyəyə təslim olub

24 PKK-çı Türkiyəyə təslim olubTürkiyə ordusunun Suriyada PKK/YPG qruplaşmasına qarşı apardığı "Sülh çeşməsi" əməliyyatından qorxuya düşən bəzi terrorçular təslim olublar.

Axar.az xəbər verir ki, təslim olan terrorçulardan biri ifadəsində PKK-ya məcburi şəkildə qoşulduğunu deyib.

"PKK-çılar atamla mənim önümü kəsərək, onlara qoşulmağımı tələb etdilər. Əks halda atamı öldürəcəkləri ilə hədələdilər. Daha sonra məni Ras əl-Ayna aparıb, silah-sursat verdilər.

Türk əsgərləri sərhədi keçəndə təslim oldum. Türklər bizə çox yaxşı münasibət göstərdilər, yemək verdilər. PKK donuzlarının yanında döyüşən gənclərə səslənirəm: gəlin, türk əsgərinə təslim olun", - o bildirib.

Qeyd edək ki, artıq 24 PKK-çı Türkiyəyə təslim olub.
XƏBƏR LENTİ
SORĞU