14 okt 08:39dunya

İran Səudiyyə ilə danışıqlara razılıq verdi

İran Səudiyyə ilə danışıqlara razılıq verdiİrana səfərimin məqsədi bölgədə yeni münaqişənin yaranmasının qarşısını almaqdır.

Azərtac xəbər verir ki, bu sözləri İranda səfərdə olan Pakistanın Baş naziri İmran Xan Prezident Həsən Ruhani ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Jurnalistlərin çoxsaylı suallarını cavablandıran İ.Xan diqqəti ikitərəfli əlaqələrdən daha çox regiondakı gərgin vəziyyətə yönəldib. Vurğulayıb ki, bu gün Yaxın Şərqdə hərbi münaqişələr minlərlə günahsız insanın qətlinə və yurd-yuvasından didərgin düşməsinə səbəb olub. Ona görə də yeni bir münaqişənin başlamasına yol vermək olmaz.

İran Prezidenti Həsən Ruhani isə nəzərə çatdırıb ki, İrana qarşı siyasi və iqtisadi təzyiqlər göstərilir. Lakin buna baxmayaraq, İran xoşməramlı təkliflərə müsbət cavab verməyə hazırdır.

Sabah İ.Xan Tehrandan Ər-Riyada uçacaq və ehtimal ki, İranda apardığı danışıqlar barədə Səudiyyə Ərəbistanının Kralına məlumat verəcək.
XƏBƏR LENTİ
Dünən, 20:43
SORĞU