06 okt 10:05dunya

İraq qaynayır: Televiziya binalarına hücum...

İraq qaynayır: Televiziya binalarına hücum...İraqda kütləvi etirazlar nəticəsində ölənlərin sayı 72-yə çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Skay Nyus Arabia” öz mənbələrinə istinadən yayıb.

Hüquq müdafiəçiləri isə etirazlar zamanı həbs edilənlərin sayının 450-ə çatdığını açıqlayıblar.

Qeyd edək ki, 3 gün öncə İraq paytaxtı Bağdadda etiraz aksiyalarına start verilib. Etirazçılar hökumətdən iş yerlərinin yaradılmasını, səhiyyədəki problemlərin həllini, korrupsiya ilə mübarizəni və hökumətin istefasını tələb edirlər. Tezliklə etirazlar Bağdadla yanaşı, bir sıra vilayətlərə də keçib.

İraq hökuməti bununla əlaqədar olaraq ölkənin mərkəzi və cənubunda interneti tam məhdudlaşdırıb, komendant saatı tətbiq edib və İranla sərhədi qapadıb.

***

Bağdadda bir qrup silahlı şəxs televiziya kanallarına hücum edib.

Hücum edilən televiziya kanalları arasında “Əl Arabia”, “Dijlah TV” və NRT və Zikar şəhərindəki Ahvaz TV yer alıb.
Kimliyi müəyyən edilməyən etirazçıların televiziyaların ofislərinə basqın edərək texniki avadanlıqları sındırdığı bildirilir.
XƏBƏR LENTİ
SORĞU