19 sen 10:25dunya

ABŞ-ın İrana qarşı HƏRBİ PLANI ortaya çıxdı: Yer yerindən OYNAYACAQ

ABŞ-ın İrana qarşı HƏRBİ PLANI ortaya çıxdı: Yer yerindən OYNAYACAQABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı hərbi variantları Ağ Evə təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə NBC və “New York Times” kimi media nəhəngləri məlumat yayıb.

Xəbərə görə, ABŞ Müdafiə naziri Mark Esper və Baş qərargah rəisi Yosef Danford prezident Donald Trampa İranın raket depolama sahələrinin vurulması və neft infrastrukturuna hərbi və ya kiberhücum əməliyyatlarını ehtiva edən variantlar təqdim edib.

NBC-nin verdiyi informasiyaya əsasən, İrana qarşı hərbi variantlar bazar ertəsi Ağ Evdə keçirilən milli təhlükəsizlik toplantısında prezidentə verilib, lakin Tramp daha məhdud bir hərbi cavab üzərində işlənilməsini istəyib.

Amerikalı hərbi plançıların hazırladığı uzun siyahıda dünyanın ən böyük neft emalı məkanlarından biri olan “Abadan” neft platforması və İranın ən böyük ixrac mərkəzi sayılan “Harq adası” var. Bu platformalardan hər ikisinə və ya birinə ediləcək hücum Tehranın neft istehsalı və ixracına dərin zərbə vuracaq.

Qarşılıq veriləcək

İranın İSNA agentliyinin xəbərinə görə, İran ABŞ tərəfindən gələcək hər bir hücuma qarşılıq verəcək.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp dünən gecə saatlarında İrana tətbiq olunacaq yeni sanksiyaların 48 saat ərzində açıqlanacağını bildirib.
“Müharibə səbəbi”

Ər-Riyada gedərkən təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandıran ABŞ Dövlət Departmanetinin rəhbəri Mayk Pompeo Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft platformasına raket və SPUA-larla edilən hücumda yenə də İranı ittiham edib və hücumu ilk dəfə “müharibə səbəbi” adlandırıb.

Sübut

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “Saudi Aramco”ya hücumda İran istehsalı olan silahlardan istifadə edildiyinə və İranın məsuliyyət daşıdığına dair dəlillər olduğunu iddia etdiyi bir təqdimat hazırlayıb. Təqdimatda İran istehsallı partlamış raket SPUA-ların qalıqları sərgilənib.
XƏBƏR LENTİ
SORĞU