17 sen 11:02dunya

Diaspora sədri əl-Əzhər Universitetinin rektoru ilə görüşüb

Diaspora sədri əl-Əzhər Universitetinin rektoru ilə görüşüb“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dünyanın ən qədim və ən böyük universitetlərindən olan əl-Əzhər Universitetinin rektoru professor Məhəmməd əl-Məhrasavi ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılmışdır. S.Nəsirov xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirərək, Azərbaycan dilinin tədrisinə verdiyi dəstəyə görə cənab Məhəmmədə öz təşəkkürünü bildirmişdir. Diaspora sədri Azərbaycan dili və ədəbiyyatının tədrisində hər dəstəyi verməyə hazır olduğunu qeyd etmişdir.

Görüşün ən əsas mövzülarından biri Azərbaycan İlahiyyat İnstitutu ilə əl-Əzhər Universiteti arasında əlaqələrin qurulması olub.

Seymur Nəsirovun Azərbaycana etdiyi səfər çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşmüşdür. Rektorla Azərbaycan İlahiyyat İnstitutu ilə Misir universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunumuşdur. Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında ətraflı məlumat verən Ceyhun Məmmədov ali məktəbin xarici ölkə universitetləri ilə o cümlədən əl-Əzhər universiteti ilə əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd etmişdir.

Cənab Məhəmməd Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan universitetləri ilə əməkdaşlıq etməyə və əl-Əzhər universitetində təhsil lan azərbaycanlı tələbələrə lazımi dəstəyi verməyə hazır olduğunu qeyd etmişdir.

Sonra Rektor Əl-Əzhər universitetində təhsil alan tələbələrə verdiyi dəstəyə görə S. Nəsirova öz təşəkkürünü bildirmişdir.
Görüşdə prorektor Dr. Əşrəf Atiyya da iştirak etmişdir.

Qeyd edək ki, ƏL-Əzhər Universiteti 972- ci ildə fəaliyyəta başlamışdır və hal-hazırda dünyanın 115 ölkəsindən olan tələbə orada təhsil alır. Adı çəkilən universitetdə tələbələrin ümumi sayı yüz minlərlədir. Bu unversitetin Humanitar fənnlər fakültəsində 300 dən çox tələbəyə Azərbaycan dili tədris olunur. Tədrisi diaspora sədrinin köməkçisi İnarə Osmanova aparır.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU