17 sen 07:25dunya

Zavodlar İran istehsalı silahlarla vurulub - Maliki

Zavodlar İran istehsalı silahlarla vurulub - Maliki
Səudiyyə Ərəbistanının "Aramko" neft şirkətinə məxsus zavodları İran istehsalı silahlarla vurulub.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Yəməndəki Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya sözçüsü Türki əl-Maliki çıxış edib.

Maliki zavodların Yəməndən vurulmadığını iddia edib:

"İlkin nəticələr göstərir ki, hər iki hücumda istifadə edilən silahlar İrana məxsusdur".

Qeyd edək ki, “Saudi Aramko” şirkətinin iki neftayırma zavodu dron hücumuna məruz qalıb. Bu, Səudiyyə Ərəbistanının neft hasilatının 5,7 milyon barrelə qədər azalmasına səbəb olub. Nəticədə dünyada neftin qiymətlərində kəskin artım qeydə alınıb.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU