16 sen 10:18dunya

İslam aləmi bu ölkəyə qarşı birləşdi - Bəyanat

İslam aləmi bu ölkəyə qarşı birləşdi - Bəyanatİsrailin İordan vadisini ilhaq etmək planı qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayıb.

"İsrail Baş naziri Benyamin Netanyahunun ilhaqla bağlı açıqlamasını şiddətlə qınayırıq. Qüds və Fələstin davası islam ümməti üçün çox önəmlidir. İsrail Fələstin xalqına qarşı yürütdüyü siyasətə son qoymalıdır", - bəyanatda bildirilib.

Qeyd edək ki, bir müddət öncə B.Netanyahu seçkilərdə qalib gələcəyi təqdirdə İordan vadisini ilhaq edəcəyini bəyan edib. İsraildə parlament seçkiləri 17 sentyabrda keçiriləcək.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU