11 sen 09:26dunya

"İran məhv olacaq" deyirdi, özü getdi - Əli Rabii

"İran məhv olacaq" deyirdi, özü getdi - Əli RabiiMüharibənin və iqtisadi terrorun ən böyük dəstəkçisi vəzifədən getdi.

Axar.az xəbər verir ki, bu sözləri İran hökumətinin sözçüsü Əli Rabii Tvitter səhifəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun vəzifədən getməsi ilə bağlı yazıb.

“Aylar əvvəl Con Bolton İranın 3 ay ərzində yox olacağı vədini vermişdi. Biz hələ varıq, o isə getdi”, - deyə Rabii bildirib.

İran rəsmisi vurğulayıb ki, ölkə həqiqətlərinin dünyaya çatdırılması zamanı yaranan maneələrdən biri daha azaldı.
XƏBƏR LENTİ
SORĞU