03 sen 11:59dunya

Kabildə güclü partlayış: 16 ölü, 119 yaralı

Kabildə güclü partlayış: 16 ölü, 119 yaralıƏfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış hökumət və diplomatik missiyaların binalarının yaxınlığında törədilib.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayıcı maddə ilə dolu avtomobilin partladılması nəticəsində 16 nəfər ölüb, 119 nəfər isə yaralanıb.

Hadisə zamanı yaxınlıqda olan yanacaq dolu sisternlər də yanmağa başlayıb. Nəticədə bir neçə evə zərər dəyib.

Partlayışdan sonra baş verən atışma nəticəsində təhlükəsizlik orqanları 5 terrorçunu zərərsizləşdirib.

Hadisəyə görə məsuliyyəti Taliban hərəkatı üzərinə götürüb.
XƏBƏR LENTİ
SORĞU