02 sen 10:30dunya

Orduya əmr vermişəm, hazır gözləyirik - Netanyahu

Orduya əmr vermişəm, hazır gözləyirik - NetanyahuHadisələrin gedişatına uyğun olaraq, növbəti addımlara qərar verəcəyik.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail-Livan sərhədində Hizbullahla yaşanan gərginlik barədə danışarkən deyib. O, İsrail ordusuna bütün ssenarilərə hazır olmaları barədə əmr verdiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb.

Hizbullah qruplaşması İsrailə məxsus hərbi maşını vurduqlarını və hadisə zamanı ölənlərin olduğunu iddia etsə də, İsrail ordusu insan tələfatı olmadığını bildirib.
XƏBƏR LENTİ
SORĞU