19 avq 09:38dunya

Yeni dərin dövlət qurula bilər - Sədrdən xəbərdarlıq

Yeni dərin dövlət qurula bilər - Sədrdən xəbərdarlıq
Cənubi İraq şiələrinin lideri Müqtəda əs-Sədr yeni bir dövlət qura bilər.

Axar.az xəbər verir ki, Sədr bu barədə İraqın Baş naziri Adil Əbdülmehdiyə "qardaşlıq tövsiyəsi" adlandırdığı çağırışında deyib. O, həlli vacib olan bir neçə məsələyə diqqət çəkib:

“Cənab baş nazirə işlərində faydalı olacaq qardaş tövsiyəmdə vacib nöqtələr var. Bunlar xalqın və şiələrin tələbləridir. Mən də bu tələbləri çatdırmaq məcburiyyətindəyəm.

İlk növbədə bir tərəf digər tərəfə meyil etməməlidir, əks təqdirdə yeni dərin dövlət qurula bilər. İkinci vacib nöqtə hələ də gecikdirilən bir sıra ictimai xidmətlərlə bağlıdır. Baş nazirin ictimai xidmətləri həyata keçirmək üçün səy göstərəcəyinə ümid edirik. Xalq bu məsələdən narahatdır, artıq səbirləri qalmayıb. Üçüncüsü isə rüşvətxorluqla mübarizədə bir neçə məsələ xaricində heç bir irəliləmə olmamasıdır”.

Sədr həmçinin baş naziri İraqın müstəqilliyi və suverenliyi üçün mübarizə aparan təhlükəsizlik qüvvələrini zəiflədənləri cəzalandırmaqda tərəddüd etməməyə çağırıb.
XƏBƏR LENTİ
SORĞU