18 avq 15:29dunya

ABŞ və İngiltərənin varlığı təhlükədir - İran

ABŞ və İngiltərənin varlığı təhlükədir - İranABŞ və İngiltərənin Fars körfəzi bölgəsində olması bu bölgənin təhlükəsizlik səviyyəsini aşağı salır.

Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi donanmasının rəhbəri, kontr-admiral Əlirza Tanqsiri deyib.

Onun sözlərinə görə, Fars körfəzində xarici hərbi qüvvənin varlığı dünya okeanının bu hissəsində sabitliyi təhlükə altına alır.

Tanqsiri bildirib ki, Fars körfəzinin sahilyanı ölkələri ilə birlikdə regionun təhlükəsizliyini təmin etmək olar.
XƏBƏR LENTİ
SORĞU