18 avq 12:27dunya

Toy zalında dəhşətli partlayış: 63 ölü, 180 yaralı

Toy zalında dəhşətli partlayış: 63 ölü, 180 yaralı
Əfqanıstanın paytaxtı Kabildə toy zalında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Tolo Nyus” məlumat yayıb.

Əfqanıstan Daxili İşlər Nazirliyi partlayış zamanı ölən və yaralananların sayını açıqlayıb. Son məlumata görə, 63 nəfər ölüb, 180 nəfər yaralanıb.

Partlayışı kamikadzenin törətdiyi bildirilib.

Əfqanıstan Prezidenti Əşrəf Qəni də partlayışla bağlı açıqlama verib.

“Mən ötən gecə Kabildə toy zalında baş vermiş qeyri-insani hücumu qəti şəkildə pisləyirəm. Xalqın adından ölənlərin ailəsinə dərin başsağlığı verirəm. Yaralıların tez sağalması üçün dua edirəm”, - Qəni bildirib.
XƏBƏR LENTİ
SORĞU