18 avq 10:23dunya

ABŞ-da böyük qarşıdurma yaşana bilər - Tramp narahatdır

ABŞ-da böyük qarşıdurma yaşana bilər - Tramp narahatdır
ABŞ hakimiyyəti ANTİFA antifaşist hərəkatını terror təşkilatı kimi tanıya bilər.

Axar.az xəbər verir ki, bu sözəri ABŞ Prezidenti Donald Tramp deyib.

“ANTİFA hərəkatının terror təşkilatı kimi tanınması məsələsinə olduqca ciddi şəkildə baxılır. Portlənddəki durum yaxından izlənilir”, – deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, sözügedən hərəkat üzvlərinin Portlənddə neonasist qrupların çıxışlarının qarşısını almaq üçün plan hazırladıqları məlum olub.

ABŞ rəsmiləri burada böyük qarşıdurmanın yaşanacağından ehtiyat edirlər.

Ağ Ev rəhbəri bundan öncə də ANTİFA hərəkatını terror qruplaşması elan edəcəyini bəyan etmişdi.
XƏBƏR LENTİ
SORĞU