17 avq 11:40dunya

ABŞ qalmaqallı İran gəmisinin saxlanılması barədə order verdi

ABŞ qalmaqallı İran gəmisinin saxlanılması barədə order verdiABŞ məhkəməsi İranın Qreys-1 tankerinin saxlanılmasıyla bağlı order verib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik Kolumbiya Dairə Məhkəməsinin neft tankeri, onun bortundakı neftin ABŞ-ın Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər, bank fırıldaqçılığı, çirkli pullarına yuyulması, eləcə də, terrorizmlə əlaqəli fəaliyyətə görə müsadirə haqqında qanunlarını pozduğu üçün müsadirə edilməsi barədə qərar qəbul etdiyini bildirib.

Həmçinin bu gəminin bir müddət öncə ABŞ-ın terror təşkilatı kimi tanıdığı İran İslam İnqilabı Keşikçilər Korpusunun maraqlarını təmin etmək üçün Suriyaya neft daşıdığı bəyan edilib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət Departamenti Qreys-1 gəmisi ilə bağlı olan hər kəsi ağır nəticələrin gözləcəyini bildirmişdi.

Bir neçə gün əvvəl Cəbəllütariq 1 aydan çox saxladığı İran gəmisini və ekipajını azad edib.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU