17 avq 10:19dunya

Çinə daha bir zərbə: ABŞ Tayvana F-16 verməyi planlaşdırır

Çinə daha bir zərbə: ABŞ Tayvana F-16 verməyi planlaşdırır
ABŞ Tayvana F-16 təyyarələrini tədarük edə bilər.

Axar.az xəbər verir ki, bu məlumatı CNN yayıb.

Məlumata görə, ABŞ Prezident Administrasiyası onlarla hərbi təyyarənin tədarükü ilə bağlı məsələyə baxması üçün layihəni Nümayəndələr Palatası və Senatın Xarici İşlər Komitəsinə göndərib.

Ümumilikdə Tayvanla bu istiqamətdə imzalanacaq müqavilənin dəyərinin 8 milyard dollar həcmində olacağı gözlənilir. Vaşinqtonun həmçinin Tayvanla əlavə 2,2 milyard dollarlıq müqavilə imzalamaq niyyəti də var. Belə ki, bu müqavilə sayəsində ABŞ Tayvana Abrams tankları və Stinger komplekslərini göndərmək istəyir.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU