16 avq 09:11dunya

Qorxunc ssenari reallaşır - Ölənlər var, istehkamlar dağıdıldı

Qorxunc ssenari reallaşır - Ölənlər var, istehkamlar dağıdıldıPakistanın üç, Hindistanın isə beş hərbi qulluqçusu Kəşmirdə atışmada həlak olub.

Publika.az xəbər verir ki, bu haqda Pakistan ordusunun bəyanatına istinadən “Associated Press Of Pakistan” agentliyi bildirib.

Hadisə iki ölkə arasında nəzarət xəttində baş verib. Qeyd edilir ki, toqquşma çoxsaylı hərbçinin yaralanmasına və istehkamların zərər görməsinə səbəb olub.

Şəxsi mənbələrə istinadən Hindistanın ANI agentliyi hind əsgərlərinin həlak olması haqqında informasiyanı təkzib edib və üç Pakistan hərbçisinin həlak olması haqqında məlumatları təsdiq edib.

Xatırladaq ki, avqustun 5-də Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etməsindən sonra İslamabad və Nyu-Dehli arasında gərginlik artıb. Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.

Avqustun 7-də Pakistan hökuməti Hindistan səfirini ölkədən çıxarmaq qərarına gəlib. İslamabad, həmçinin Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq və bu ölkə ilə ikitərəfli ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, Pakistan və Hindistan nüvə silahlarına sahibdir. Bu səbəbdən dünya ictimaiyyəti gərginliyin nüvə silahının tətbiqiylə genimiqyaslı müharibəyə gətirib çıxaracağı ehtimalından narahatdır.
loading...
XƏBƏR LENTİ
SORĞU