15 avq 09:24dunya

Builki Həcc ziyarətində qadın zəvvarlar 8 uşaq doğub

Builki Həcc ziyarətində qadın zəvvarlar 8 uşaq doğub
Bu il Həcc ziyarəti müddətində Səudiyyə Ərəbistanın müqəddəs yerlərində 8 uşaq anadan olub.

Avrasiya.net AZƏRTAC-a istinadla xəbər verir ki, Həcc ziyarəti günlərində müsəlman zəvvar qadınlar Məkkənin doğum evlərində 5 uşaq dünyaya gətiriblər. Bu uşaqlardan ikisi Ərafat, biri isə Minada doğulub.

40 yaşlı liviyalı zəvvar qadın Suad Məhəmməd Barbuş Ərafat xəstəxanasında oğlan uşağı dünyaya gətirib və ona Ərafat adı qoyub. Qvineyadan olan 23 yaşlı müsəlman qadın Maymuna Əli isə məşhur Ərafat dağına qalxdıqdan bir neçə saat sonra oğlan uşağı dünyaya gətirib və valideynlər ona Səudiyyə Ərəbistanın vəliəhdi, şahzadə Məhəmməd Salmanın şərəfinə Məhəmməd Salman adı veriblər.
loading...
XƏBƏR LENTİ
SORĞU