07 avq 21:00dunya

Sabiq prezident saxlanıldı: yaralılar var

Sabiq prezident saxlanıldı: yaralılar varQırğızıstanda sabiq prezident Almazbek Atambayev saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi sabiq dövlət başçısının qərargahına istinadla məlumat yayıb.

Qərargahdan verilən son məlumata görə, Atambayev naməlum istiqamətdə aparılıb.

Məlumatda bildirilir ki, Atambayevin tərəfdarları hüquq mühafizə orqanları əməkdaşlarının onun Bişkek şəhəri yaxınlığında yerləşən evinə girməsinə mane olmağa çalışıblar. Sabiq prezidentin evinə gedən bütün yollar bağlanıb. Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər. Əməliyyatın gedişində təxminən 10 nəfər, o cümlədən yerli nəşrlərdən birinin jurnalisti yaralanıb.

Xatırladaq ki, iyunun 27-də Qırğızıstan parlamenti respublikanın sabiq prezidenti Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğvi edib. Onun adı qanun pozuntusu ilə bağlı bir neçə epizodda hallanır. Qırğızıstanın sabiq rəhbəri torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinə kömək göstərməkdə, Bişkek istilik elektrik stansiyasının yenidən qurulması zamanı korrupsiya hallarına yol verilməsində, kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz buraxılmasında, həmçinin Çuy vilayətinin Koy-Taş kəndində ev tikdirmək üçün qanunsuz olaraq torpaq sahəsi almaqda ittiham edilir.
loading...
XƏBƏR LENTİ
SORĞU