05 avq 08:06dunya

ABŞ-da ardıcıl teraktlar: insanlar atəşə tutuldu

ABŞ-da ardıcıl teraktlar: insanlar atəşə tutuldu
ABŞ-ın Çikaqo şəhərində silahlı hücum baş verib.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər yaralanıb.

Qeyd edək ki, avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Sielo Vista ticarət mərkəzində silahlı şəxsin insanlara atəş açması nəticəsində 20 nəfər ölüb. Bu gün isə ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

***

ABŞ-ın Çikaqo şəhərində baş verən iki silahlı hücum nəticəsində azı 9 nəfər yaralanıb.

Məlumata görə, Çikaqodakı Duqlas parkında naməlum şəxs avtomobildən insanlara atəş açıb və nəticədə 7 nəfər yaralanıb. Hadisədən bir qədər sonra yaxınlıqda baş verən növbəti silahlı hücum nəticəsində daha iki nəfər yaralanıb.

***

Çikaqoda baş vermiş silahlı hücum nəticəsində yaralananların sayının 14 nəfər olduğu bildirilib.
loading...
XƏBƏR LENTİ
SORĞU