31 iyl 10:38dunya

ABŞ dövlət katibi:“Hörmüz boğazını bağlanmağa qoymayacağıq”

ABŞ dövlət katibi:“Hörmüz boğazını bağlanmağa qoymayacağıq”“Necə olur-olsun, Hörmüz boğazını bağlanmağa qoymayacağıq”

Bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Vaşinqton İqtisadiyyat Klubunda media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O bildirib ki, rəsmi Vaşinqton körfəzdə və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün nəzərdə tutulan koalisiyanın yaradılmasına çalışır.

Pompeo əlavə edib ki, ABŞ Oman dənizinin də bütün dəniz keçidlərini açıq saxlayacaq.

Onun sözlərinə görə, sözügedən dənizdə təhlükəsizliyin təmin edilməsi üçün proqram hazırlanacaq.

Dövlət katibi digər ölkələrin tezliklə ABŞ-ın təklifini qəbul edərək bu proqrama qoşulacağına inandığını vurğulayıb. /APA
XƏBƏR LENTİ
SORĞU