17 iyl 19:36dunya

Ərbildə türk diplomat öldürüldü - Video

Ərbildə türk diplomat öldürüldü - Videoİraq Kürd Muxtariyyətinin paytaxtı Ərbil şəhərində yerləşən restoranlardan birinə hücum edilib.

Axar.az xəbər verir ki, hücum zamanı restoranda Türkiyə konsulluğunun əməkdaşları da olub.

“Rudav”ın məlumatına görə, hücum zamanı restoranda olan Türkiyənin Ərbildəki baş konsulunun müavini Hakan Qaraçay dünyasını dəyişib.

“Röyter”in məlumatında isə 3 türk diplomatın dünyasını dəyişdiyi qeyd olunub.

"Anadolu" agentliyinin məlumatına görə isə hücum zamanı bir konsulluq əməkdaşı ölüb, ikisi isə yaralanıb.

***

Türkiyə Xarici İşlər Nazirliyi də bir diplomatın şəhid olduğunu, ikisinin isə yaralandığını açıqlayıb.

Bildirilib ki, hücum edilənlərin qısa müddətdə tapılması üçün İraq rəhbərliyi ilə əlaqə yaradılıb.

Hücumun gerçəkləşdiyi restoranın sahibi mülki geyimli və üzərində iki silah olan şəxsin Türkiyə Konsulluğunda çalışanları hədəf aldığını açıqlayıb.

Ərbil Polis İdarəsinin rəisi Abdulxaliq Tələt olayla bağlı araşdırma başladığını, detallı açıqlamanın veriləcəyini bildirib.

Qaçan şəxs və ya şəxslərin saxlanması üçün Ərbildən digər şəhərlər gedən bütün yollar bağlanıb.
loading...
XƏBƏR LENTİ
SORĞU