12 iyl 14:29dunya

“Ermənilər anım mərasimindən qaçıblar” - Diaspor sədri

“Ermənilər anım mərasimindən qaçıblar” - Diaspor sədriAvstriyadakı bosniyalı müsəlmanlar Salzburq şəhərində soyqırımlarının 24 illiyini anıblar.

Bunu Avrasiya.net-ə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov deyib.

F.Əzizovun sözlərinə görə, dünən o da bosniyalı müsəlmanların anım tədbirinə qatılıb: “Tədbir açıq havada keçirilib. O qədər də adam çox deyildi. Həmin soyqırımdan fotolardan ibarət stendlər qurulmuşdu. Bosniyalı müsəlmanlarla söhbətləşdim. Onlara Xocalı soyqırımdan bəhs etdim, ermənilərin azərbaycanlılara qarşı işğalçılıq siyasətindən söz açdım. Dedim ki, bir gecədə Xocalıda 600 insan vəhşicəsinə qətlə yetirilib”.

F.Əzizov onu da vurğuladı ki, anım tədbirinə ermənilər də gəlmişdilər: “Onların çoxunu üzdən tanıyıram, 4-5 nəfər idilər. Yaxınlığımda durub stendlərə baxırdılar. Onları tədbirin təşkilatçılarına və tədbirə gələnlərə göstərib dedim ki, soruşun, Xocalıda necə soyqırım törədiblər. Anım tədbirini işıqlandırmağa gələn media ermənilərə tərəf gedəndə onlar tez oradan qaçdılar. Axı, mənim yanımda deməyə söz tapmayacaqdılar”.

Diaspor sədri onu da bildirib ki, Avropada iştirak etdiyi bütün tədbirlərdə erməniləri ifşa edib.

Xatırladaq ki, 1995-ci ilin iyul ayının 11-də keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 8300 bosniyalı müsəlmanı Srebnitsa şəhərində qətlə yetirib. Qətliam Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən reallaşdırılıb.
“Ermənilər anım mərasimindən qaçıblar” - Diaspor sədri
“Ermənilər anım mərasimindən qaçıblar” - Diaspor sədri
“Ermənilər anım mərasimindən qaçıblar” - Diaspor sədri
loading...
XƏBƏR LENTİ
SORĞU