10 iyl 10:27dunya

Hizbullahdan ABŞ-a: Livan xalqı alçaldıldı

Hizbullahdan ABŞ-a: Livan xalqı alçaldıldıABŞ sanksiyaları Livan xalqı üçün təhqirdir.

Axar.az xəbər verir ki, bunu Hizbullahdan olan deputat Əli Fayad deyib.

"ABŞ-ın sanksiya qərarı hər şeydən əvvəl Livan xalqının alçaldılmasıdır. Nazirlər Kabineti və parlamentin baş verənlərlə bağlı rəsmi mövqeyinə ehtiyac var", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Livan rəsmilərinə və Hizbullah hərəkatına dəstək verən şəxslərə sanksiya tətbiq edib. Sanksiya siyahısına Livan parlamentinin üzvləri Əmin Şerri və Məhəmməd Həsən Raadanın, həmçinin Hizbullahla ölkənin təhlükəsizlik xidmətlərinin əlaqələndirilməsinə məsul olan Səfa Vafiqin adı daxil edilib.
loading...
XƏBƏR LENTİ
SORĞU