10 iyl 10:25dunya

İran Bağdadı xəbərdar edir: Şiə qrupları birləşməyəcək

İran Bağdadı xəbərdar edir: Şiə qrupları birləşməyəcəkHaşdi Şabi şiə milis dəstələri İraq Silahlı Qüvvələrinin tərkibinə daxil olmayacaq.

Axar.az xəbər verir ki, bu bəyanatı İran Xarici İşlər Nazirliyi yayıb. Rəsmi Tehran İraq hökumətinin milis dəstələrini orduya birləşdirmək haqqına sahib olduğunu, amma bunun şiə hərbi qruplarının orduyla tam birləşməsi anlamına gəlmədiyini vurğulayıb.

Qeyd edək ki, Tehran bu açıqlamanı İraq Baş naziri Adil Abdulla Mehdinin ölkədəki bütün hərbi qrupların orduya birləşdirməsi haqqında qərarından dərhal sonra yayıb.

Haşdi Şabi şiə milis dəstələridir. Bu qruplaşma zamanında İŞİD-ə qarşı İraq şiələrinin mənəvi lideri Əli Sistaninin əmri ilə yaradılıb və daha çox iranyönlü olmasıyla seçilir.
loading...
XƏBƏR LENTİ
SORĞU