28 iyn 09:08dunya

Əsədin ordusu Türkiyənin müşahidə məntəqəsini vurdu

Əsədin ordusu Türkiyənin müşahidə məntəqəsini vurduSuriyanın İdlib bölgəsində Türkiyəyə məxsus 10 nömrəli müşahidə məntəqəsi hökumətin silahlı qüvvələri tərəfindən vurulub.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bir türk əsgəri həlak olub, daha üç nəfər isə yaralanıb. Yaralıların təxliyəsi üçün Malatyadan əraziyə 2 ədəd ATAK helikopteri göndərilib.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinə məxsus iki qırıcı da olay yerində nəzarətə başlayıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən o da bildirilib ki, hücum edənlər ağır şəkildə cəzalandırılacaqlar.

Yeri gəlmişkən, hücumla bağlı Rusiyanın Ankara attaşesi Baş Qərargah Rəhbərliyinə çağırılıb və baş verənlər onunla müzakirə olunub.
XƏBƏR LENTİ
SORĞU