22 iyn 11:00dunya

ABŞ SEPAH-a bağlı olanlara sanksiya tətbiq etdi

ABŞ SEPAH-a bağlı olanlara sanksiya tətbiq etdiABŞ İranla bağlı 13 fiziki və 12 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Amerikanın səsi” yayıb.

Sanksiya tətbiq edilən şəxslərin hər biri Tehranın raket proqramı və onun Yaxın Şərqdəki vasitəçiləri ilə bağlı olub.

Belə ki, sanksiyalar Çin və BƏƏ-də Tehrana ballistik raket proqramını reallaşdırmağa yardım edən texnologiya və materiallar alan təşkilatlara qarşı yönəlib.

ABŞ Maliyyə Nazirliyi isə sanksiyaların təkcə ayrı-ayrı şəxslərə yox, həmçinin SEPAH-ın Qüds briqadası və İranın dəstəklədiyi Hizbullah terror təşkilatıyla çalışan müəssisələr şəbəkəsinə də tətbiq edildiyini bildirib.
XƏBƏR LENTİ
SORĞU