21 iyn 21:39dunya

Mursi sui-qəsd nəticəsində öldürülüb - Xalisi

Mursi sui-qəsd nəticəsində öldürülüb - XalisiMisirin keçmiş prezidenti Məhəmməd Mursi sui-qəsd nəticəsində öldürülüb.

Axar.az xəbər verir ki, bu sözləri İraqın dini alimlərindən olan Məhəmməd Mehdi əl-Xalisi bildirib.

O qeyd edib ki, Mursi planlı şəkildə öldürülüb: "Onun öldürülməsi İslama və Misir xalqının böyük inqilabına qarşı oyunların bir hissəsidir".

Xatırladaq ki, Məhəmməd Mursi əsas müttəhim kimi keçdiyi casusluq işi üzrə məhkəmə iclasında vəfat edib. Ona söz verilib və bundan sonra fasilə elan olunub. Həmin məqamda sabiq prezident huşunu itirib və özünə gəlmədən keçinib.

Misir dövlət televiziyasının yaydığı məlumata əsasən, sabiq dövlət başçısının ölümünə ürək tutması səbəb olub.
XƏBƏR LENTİ
SORĞU