18 iyn 12:09dunya

Timsahın ağzından son anda xilas oldu - VİDEO

Timsahın ağzından son anda xilas oldu - VİDEOZimbabvedə qadın uşağının gözləri qarşısında timsahın hücumuna məruz qalıb.

Bu barədə “ZBC News” məlumat yayıb.

İnsident 47 yaşlı Emeri Pondani balıq tutan zaman baş verib.

“Mən tor atan zaman suyun dalğalandığını gördüm. Oğlum iri bir balıq tutduğumu güman etdi, ancaq gözlənilmədən timsah peyda olaraq sinəmdən yapışdı və suya dartdı”, - deyə timsahla mücadilədən sağ çıxmış qadın bildirib.

E.Pondani ayıq-sayıq və soyuqqanlı qalması sayəsində qurtulub. Belə ki, əlləri ilə onun çənəsini sıxmaqla müqavimət göstərib və bir müddətdən sonra sahilə çıxmağa nail olub. Qadının hazırda xəstəxanada müalicə aldığı deyilir.(oxu.az)
loading...
XƏBƏR LENTİ
SORĞU