17 iyn 10:47dunya

Trampın adına qəsəbə salındı - Qolan təpələrində

Trampın adına qəsəbə salındı - Qolan təpələrindəQolan təpələrində ABŞ Prezidenti Donald Trampın adını daşıyan yaşayış məntəqəsinin təməli qoyulub.

Axar.az xəbər verir ki, D.Trampın İsrailin Qolan təpələrindəki hakimiyyətini tanımasına təşəkkür jesti olaraq Ramat Tramp (Tramp təpələri) adlı qəsəbə salınacaq.

Təməlqoyma mərasimində İsrail Baş naziri Benyamin Netanyahu, prezidenti Reuven Rivlin və digər hökumət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, bir neçə ay öncə D.Tramp İsrailin Qolan təpələri üzərindəki hakimiyyətini tanımışdı.
loading...
XƏBƏR LENTİ
SORĞU