11 iyn 22:18dunya

Azərbaycanlı jurnalist Almaniyadan deportasiya edildi

Azərbaycanlı jurnalist Almaniyadan deportasiya edildiFransada fəaliyyət göstərən Turan TV-nin əməkdaşı Vüqar Niftiyev Almaniyadan deportasiya edilib.

Report-un məlumatına görə, sığınacaq üçün Almaniyaya müraciət edən jurnalist V.Niftiyev rədd cavabı alıb.

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) ötən ay azərbaycanlı jurnalist haqqında deportasiya qərarı çıxarıb.

Turan TV-də yayımlanan “Azərbayacan Saatı” verlişi üçün çalışan jurnalist ötən gün polislərin müşayiəti ilə Düsseldorf hava limanına gətirilib.

Ukraynanın paytaxtı Kiyevə yola salınan jurnalistin oradan Azərbaycana göndərilməsi gözlənilir.
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU