08 iyn 12:56dunya

İtkin düşmüş rəqqasənin meyiti çaydan tapıldı - FOTO

İtkin düşmüş rəqqasənin meyiti çaydan tapıldı - FOTOReyn çayından (Almaniya) “Romania Got Talent” (Romanii Au Talent) şousunda məşhurlaşmış rumıniyalı akrobat-rəqqasə Alla Kliştanın meyiti tapılıb.

Bu haqda “Fashion Behind The Scene” nəşri yazır.

Meyiti Baden-Vuttenburq şəhərində təsadüfən yoldan keçən iki şəxs aşkarlayıb və bu barədə polisə xəbər verib. Növbəti gün yerli hüquq-mühafizə orqanları əməkdaşları əsas şübhəli qismində onun keçmiş sevgilisini həbs edib.

33 yaşlı akrobat aprel ayından itkin düşmüşdü. O, Frankfurtda qala-gecədə çıxış etməli olsa da, həmin vaxtdan bəri ondan xəbər-ətər olmayıb.

Freyburq şəhər prokurorluğu əsas versiya kimi onun qətl qurbanı olmasını nəzərdən keçirir.

Müstəntiqlər akrobatın çayda boğulmadığına əmindir. Qurbanın qohumları ilə aparılan sorğu-sual nəticəsində məlum olub ki, cütlüyün münasibətlərində son vaxtlar ciddi problemlər yaşanırmış. Onlar artıq birgə yaşamasalar da, münasibətlərini davam etdirirmişlər.

İstintaq davam edir. (Oxu.az)
loading...
XƏBƏR LENTİ
SORĞU