07 iyn 10:10dunya

BMT 2030-a qədər aclığı bitirmək istəyir

BMT 2030-a qədər aclığı bitirmək istəyirDünyada 120 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir. Beynəlxalq təşkilatlar bunu 2030-cu ilə qədər aradan qaldırmağı düşünürlər.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib.

“Bizim hədəfimiz 2030-cu ilə qədər aclığın bütün formalarına son qoymaqdır. Bütün dünyada 821 milyon insan aclıqdan əziyyət çəkir ki, bunun da 124 milyon nəfəri kəskin aclıqla üz-üzədir. Müharibələrin uzanması, yeni konfliktlərin alovlanması bizim ən böyük problemlərimizdir”, – deyə o bildirib.
XƏBƏR LENTİ
SORĞU