29 may 19:58dunya

İraqın şimalında İŞİD-in 14 üzvü öldürüldü

İraqın şimalında İŞİD-in 14 üzvü öldürüldüİraq ordusu ölkənin şimalında yerləşən Naynava əyalətinin əl-Hadr dairəsində İŞİD terror qruplaşmasının 14 üzvünü zərərsizləşdirib.

Bu barədə İraq Təhlükəsizlik Xidmətinin media orqanının rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Məlumata əsasən, əməliyyatı Terrorla Mübarizə üzrə İdarənin xüsusi təyinatlı bölməsi beynəlxalq koalisiyanın aviasiya dəstəyi ilə həyata keçirib. Öldürülən sılahlılar arasında qruplaşma liderləri və kamikadzelər də var.

AzərTAc xatırladır ki, İŞİD qruplaşması 2014-cü ilin iyun ayından başlayaraq İraqda böyük əraziləri, o cümlədən ölkənin ən iri şəhəri - Mosulu ələ keçirməyə müvəffəq olmuşdu. 2017-ci ildə miqyaslı əməliyyatlardan sonra Mosul yenidən hökumət qüvvələrinin nəzarətinə keçib. Həmin ilin dekabr ayında İraqda İŞİD qruplaşmasına qarşı müharibənin başa çatdığı elan edilib.
XƏBƏR LENTİ
SORĞU