21 may 11:24dunya

Regionda yeni qarşıdurma baş verə bilər - Ekspert

Regionda yeni qarşıdurma baş verə bilər - EkspertABŞ prezidenti Trampın "İsrail-Fələstin yüz illin anlaşması" adlanan sülh planının detalları yavaş-yavaş mətbuata sızdırılır. Tramp bu planı Ramazan ayından sonra elan edəcəklərini bildirib.

Bunu Avrasiya.net-ə açıqlamasında ekspert Kamran Sultanlı bildirib. O qeyd edib ki, bu planın əsas fikir kuratoru Ağ evdə yəhudi lobbisinin əsas siması, Trampın kürəkəni və müşaviri olan Jared Kuşnerdi. Plana dəstək olanlar arasında yəhudi iş adamı Şendon Adelsonun da olduğu güman edilir. Anlaşmanın detalları bu cür klasifikasiya edilib.

Müqavilə İsrail ilə Ramallahda idarə etməyə nəzarət edən "Fələstin Azadlıq Təşkilatı" və Qəza zolağına nəzarət edən Həmas arasında üçtərəfli əsasda imzalanacaq.Müqaviləyə əsasən Qərbi Şeriya istisna olmaqla Qəzza zolağında Yeni Fələstin dövləti yaradılacaq: “Qərbi Şeriyadakı yəhudi yaşayış məntəqələri İsraildə qalacaq və bu qəsəbələrin əhatəsi genişləndiriləcək. Bu qəsəbələr beynəlxalq hüquqa əsasən qanunsuz hesab edilir. Qüds İsrail ilə "Yeni Fələstin" arasında bölünməyəcək, ancaq hər iki dövlətin paytaxtı sayılacaq. Həmçinin Qüdsdə yaşayan ərəblər yeni dövlətin vətəndaşı olacaq. Yəhudilərin ərəblərdən ev almalarına icazə verilməyəcək və eyni şəkildə ərəblər də yəhudilərdən ev almayacaq. Qüdsə yeni rayonlar əlavə edilməyəcək və müqəddəs yerlərin bugünkü statusu davam edəcək. Misir yeni dövlətə hava limanı, zavodlar, ticarət və əkinçilik üçün Qəzza zolağına bağlı torpaq icarəyə verəcək, ancaq fələstinlilərin bu yeni ərazilərdə yaşayışına icazə verilməyəcək. Bu torpaqların sərhədləri, icarə haqqı daha sonra vasitəçi ölkələr və "Yeni Fələstin" ilə Misir arasında müəyyən ediləcək. Yeni Fələstin dövlətinin əsas maliyyə dəstəyi ABŞ, AB və Ərəb ölkələri olacaq.ABŞ 20%,AB10%,ərəb ölkələri isə 70% maliyyələşməni təmin edəcək. Həmçinin burada ABŞ Almaniya kimi Fələstində ordunun sayına, texnikalara nəzarət edəcək. Amma Almaniyadan fərqli olaraq Fələstinin ümumiyyətcə ordusu olmuyacaq, Fələstini İsrail qoruyacaq və Fələstinlə İsrail arasında müdafiə sazişi imzalanacaq. Həmasın bütün silahları təhvil alınacaq həmçinin, Həmas liderləri yeni seçki keçirilənə qədər müxtəlif donorlardan maaş almağa davam edəcək”.

Ekspert onu da qeyd edib ki, ABŞ Fələstinin beynəlxalq hüququn tamhüquqlu üzvü olmaq üçün dəstəyini verəcək. Fələstində demokratik seçkilər keçiriləcək, hər kəsin seçkilərdə iştirakı ilə bağlı demokratik mühit təmin ediləcək. İsrail həbsxanalarında olan bütün məhbuslar mərhələli şəkildə azad ediləcək. Beş il ərzində Fələstində bir liman və hava limani inşa ediləcək. Limanın xərclərini ABŞ və AB üzərinə götürəcək. O vaxta qədər fələstinlilər İsrail hava limanlarından istifadə edəcək. Qəzza zolağı ilə Qərbi Şəriyanı bir-birinə bağlamaq üçün yerdən hündürlüyü 30 metr olacaq bir yol inşa ediləcək. Bu magistralın tikintisinə Çin 50 faiz, Yaponiya, Cənubi Koreya, Avstraliya, Kanada və ABŞ ilə AB 10 faiz yardım göstərəcək. İordaniya istiqamətində olan Ağvar bölgəsi əvvəlki tək İsraildə qalacaq. Fələstinlə İordaniyanı birləşdirəcək yeni 90 saylı yol üçün tender elan ediləcək, burada sərhəd gözətçi məntəqələri quraşdırılacaq və bu Fələstinin nəzarətində olacaq. Əgər Həmas və İslami-Cihad qruplaşmaları buna razılıq verməsə Vaşinqton dəstəyi kəsəcək və maliyyə təminatına imkan vermiyəcək: “Planın detallarını Həmasın qəbul edəcəyini zənn etmirəm. Həmçinin İslami-Cihad kimi qruplaşmalar İrana yaxınlığı ilə seçilir.

Fələstin başçısı Mahmud Abbasa 10 milyon dollar vəd edilib. Lakin Abbas müəyyən təzyiqlərdən çəkinir. İordaniyanın ərazisinin bir qismi yeni dövlətə gedəcəyindən İordaniyada buna qarşı gələ bilər. Həmçinin bu amil regionda yeni qarşıdurmalara gətirib çıxara bilər. Çünki Qəzza zolağı faktiki Həmasın nəzarətindədir və Həmas buna getmiyəcək. Fələstin ordusunun olmaması isə ərazisinin hərbi cəhətdən İsraildən aslı durumda olacağına işarədir. Tramp administrasiyası həmçinin, maliyyələşmənin böyük yükünü ərəb dövlətləri vasitəsilə təmin etməyə çalışır. Əgər Fələstin bu planı qəbul edərsə, zənnimcə AB-da məsələyə müsbət yanaşa bilər. Lakin Fələstinin bunu qəbul edə biləcəyini zənn etmirəm. Bu aspektdə isə regionda yeni qarşidurma baş verə bilər. ABŞ-ın son dövrlər Yaxın Şərqdə güclənməsinin səbəbi kimi, güman edirəm ki, bu anlaşmadan sonra İsrailə və ABŞ-ın bazalarına qarşı gələn təhlükələri önləmək və İrana ideoloji bağlı qüvvələrin İsrailə zərbələrinin qarşısının alınması kimi izah etmək olar. Vaşinqton İranla məhz bu istiqamətdə lokal qarşıdurmalara gedə bilər.

İsrail-Fələstin münaqişəsinə İsrailin tərafdaş dövləti olmasına baxmayaraq biz beynəlxalq hüquqa uyğun olaraq iki dövlət prinsipi əsasında dəstəyə davam etməliyik”.
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU