29 apr 10:36dunya

Dünyanın hərbi xərcləri artdı - Rusiya ilk beşlikdən çıxdı

Dünyanın hərbi xərcləri artdı - Rusiya ilk beşlikdən çıxdı2018-ci ildə qlobal hərbi xərclər 1,8 trilyon dollar təşkil edib.

Axar.az xəbər verir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SİPRİ) hesabatında yer alıb.

Məlumata görə, bu, 2017-ci ildəki göstəricilərdən 2,6% çoxdur. Ötən il ərzində qeydə alınan hərbi xərclər dünyanın ümumdaxili məhsulunun 2,1%-ni təşkil edib.

Budəfəki reytinqdə hərbi xərcləri çox olan ölkələr arasında ilk beşliyə Rusiya düşməyib. 2018-ci ildə Rusiyanın hərbi xərcləri 61,4 milyard dollar təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 3,5% az olub. Bununla Rusiya SİPRİ-nin reytinqində 6-cı yerdə qərarlaşıb.

İlk beşlikdə isə ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa yer alıb. Onların payına dünyanın hərbi xərclərinin 60%-i düşüb. Siyahıdakı ilk 15 ölkə arasında hərbi xərclərini ən çox artıran Türkiyə olub. Onun hərbi xərcləri 2018-ci ildə 24% artıb.
XƏBƏR LENTİ
SORĞU